Ucnoqta.az
www.ucnoqta.az

Bu sakinlərə istilik VERİLMƏYƏCƏK - VİDEO

10:05 - 24 Oktyabr 2023 tarixində dərc olunub.

"Azəristiliktəchizat" əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb. Binaların girişinə bununla bağlı elanlar da vurulub.

Ucnoqta.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin sentyabrın 5-də təsdiqlədiyi qaydalara əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. Artıq bununla bağlı prosesə başlanıb.

"Azəristiliktəchizat" ASC-dən bildirilib ki, sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumat verilib. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

"Azəristiliktəchizat" ASC-nin şöbə rəisi Xəqani Süleymanlı bildirib ki, müqavilə bağlamayan şəxslər məhdudiyyətlə qarşılaşaqcaqlar.

Qeyd edilib ki, noyabrın 15-dən ölkə ərazisində istilik mövsümünə start veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası