Ucnoqta.az
www.ucnoqta.az

Hemilton və Lekler ABŞ Qran Prisindən diskvalifikasiya edildilər

09:56 - 23 Oktyabr 2023 tarixində dərc olunub.

Mercedes komandasının britaniyalı sürücüsü Lyuis Hemilton və "Ferrari"ni təmsil edən moneqasklı Çarlz Lekler Formula 1 dünya çempionatının 18-ci mərhələsindən - ABŞ Qran Prisindən diskvalifikasiya edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Formula 1-in saytında yerləşdirilən məlumatda deyilir.

Onların avtomobilləri yarışdan sonra yoxlamadan keçib və FIA (Beynəlxalq Avtomobil Federasiyası) texniki qrupu gövdənin altındakı zolaqların qalınlığının nizamsızlığı müəyyən edilib.

Müəllif: Ucnoqta.az redaksiyası