Ucnoqta.az
www.ucnoqta.az

Bu həkimlərin maaşlarına əlavənin müddəti artırıldı

18:49 - 18 Oktyabr 2023 tarixində dərc olunub.

COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına edilən əlavənin müddəti uzadılıb.

Ucnoqta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Qeyd edək ki, indiyə kimi yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi oktyabrın 2-dək nəzərdə tutulmuşdu.

Müəllif: Ucnoqta.az redaksiyası