Ucnoqta.az
www.ucnoqta.az

Orxanın xanımından baş verənlərə REAKSİYA

10:11 - 18 Oktyabr 2023 tarixində dərc olunub.

Tanınmış jurnalist Türkan Məmmədli intihar edən həyat yoldaşı Orxan Məmmədli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında paylaşım edib.

"Faciəmdən reytinq tutanlara haqqımı halal etmirəm. Orxanı sevib ailə qurmuşam, gözəl ailəm olsun deyə daima çabalamışam. İki gözəl oğlumuz var, rəsmən boşanmamışdıq. Onun vəfatı mənə çox ağır gəlir. İnsanlığınız olsun, qoyun dərdimi çəkim. Dünyam uçub, siz şər-böhtan, reytinq haqındasınız. Orxanın ruhunu incitməyin”, - deyə T.Məmmədli yazıb.///metbuat.az

Müəllif: Ucnoqta.az redaksiyası