Bakıda məşhur “Ulu Borçali" şadlıq evinin sahibinin ölkədən gedişinə məhdudiyyət qoyula bilər.
Valyuta.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmədə iddia qaldırıb.
Məhkəmədən vergi ödəyicisi olan sahibkar Şabanov Məhərrəm Kazim oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb olunur.
İşə 25.10.2023-cü il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın sədrliyi ilə baxılacaq.