Ucnoqta.az
www.ucnoqta.az

“Prezident İlham Əliyevlə Qırğızıstanda görüşəcəyəm” - Vladimir Putin

19:17 - 11 Oktyabr 2023 tarixində dərc olunub.

Oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Qırğızıstanda görüşəcək.

Bu barədə Rusiya Prezidenti Enerji Həftəsinin plenar iclasında məlumat verib.

“Mən Müstəqil Dövlətlər Birliyinin Qırğızıstanda keçiriləcək sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşəcəyəm”, - deyə Putin bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası