Ucnoqta.az
www.ucnoqta.az

İcra başçısının qızı hakim təyin edildi

16:52 - 11 Oktyabr 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin edilib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  dövlət başçısının sərəncamı ilə Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilən Fəridə Rzayeva Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin qızıdır.

O, daha əvvəl vəkillik fəaliyyəti ilə məşğul olurmuş.

Müəllif: Ucnoqta.az redaksiyası