Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ana və 4 uşağı itkin düşüb

09:32 - 11 Oktyabr 2023 tarixində dərc olunub.

Bakıda ana və 4 uşağı itkin düşüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan A.Salamzadə 14-cü Polis şöbəsinə müraciət edib.

A.Salamzadə bildirib ki, onunla eyni evdə yaşayan, arvadı - 1991-ci il təvəllüdlü Q.Salamzadə, övladları - 2004-cü il təvəllüdlü Ə.Salamzadə, 2006-cı il təvəllüdlü A.Salamzadə, 2008-ci il təvəllüdlü A.Salamzadə və 2010-cu il təvəllüdlü S.Salamzadə oktyabrın 4-də yaşadıqları ünvanda çıxıblar və geri qayıtmayaraq itkin düşüblər.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası