Ucnoqta.az
www.ucnoqta.az

Marketlərdən ət almayın! - Mütəxəssisdən xəbərdarlıq

14:05 - 10 Oktyabr 2023 tarixində dərc olunub.

Bu gün əhali marketlərdə satılan mal ətinə üstünlük vermir. Çünki o ətin hansı heyvana aid olması, tək yoxsa qarışıq ət olması barədə məlumatlı deyil. İnanmamaqla haqlıdır. Çünki o ətin kəsimini gözü ilə görməyib və üzərində də heç bir məlumat yoxdur.

Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, marketlərin mənşəyi məlum olmayan ət satması və satdığı ət barədə məlumat verməməsi əhalinin küçədə kəsilmiş mal ətinə etibarını artırır:

“Nazirlər Kabinetinin 94 saylı qərarına görə ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər bükülməli, etiketlənməli, etiketin üzərində ətin hansı təsərrüfatdan gətirildiyi barədə məlumat olmalıdır. Onun nə vaxt kəsilib, nə vaxt yararlılıq müddəti bitir bildirilməlidir.


Lakin biz görürük ki, marketlərdə satılan ətin 99%-də belə bir məlumat yoxdur. Yəni Nazirlər Kabinetinin 94 saylı qərarı yerinə yetirilmir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də guya bu işləri həll etmək istəyir. Dəfələrkə bu barədə bildirsəm də, heç bir tədbir görülməyib. Gördükləri tədbirlər də heç bir effekt verməyib. İllərdir AQTA əhalinin inamını qazana bilmir.
Dəfərlə eşitmişik ki, marketlərdə mal əti adı ilə əhaliyə at, eşşək əti, ölmüş heyvanın əti gətirilərək satılıb. AQTA lazımi tədbir görsəydi bu kimi hallar baş verməzdi. AQTA-nın mərkəzləmiş kəsim yerləri var. Orada dəhşətli antisanitar vəziyyət hökm sürür. Heyvanlar kəsim qaydalarına uyğun kəsilmir. Belə bir şəraitdə əlbəttə insanlar gərək daha diqqətli olsunlar. Əti etibar etdikləri insanlardan, etibar etdikləri yerlərdən alsınlar. Marketlərdə satılan, mənşəyi məlum olmayan ətlərə üstünlük verməsinlər. Əhali AQTA-ya inanmamaqda haqlıdır”.

Müəllif: Ucnoqta.az redaksiyası