Ucnoqta.az
www.ucnoqta.az

Sülhməramlıların Qarabağdakı daha üç postu bağlandı

20:41 - 6 Oktyabr 2023 tarixində dərc olunub.

Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri Əsgəran, Şuşa və Ağdərədə keçmiş təmas xətti boyunca daha üç müvəqqəti müşahidə məntəqələrini bağlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün Rusiya sülhməramlılarının daha 3 müşahidə postları bağlanmışdı.

Müəllif: Ucnoqta.az redaksiyası