Ucnoqta.az
www.ucnoqta.az

“Yeni Klinika”nın həbsdən çıxan keçmiş direktoru yeni vəzifəyə təyin olunub

12:35 - 6 Oktyabr 2023 tarixində dərc olunub.

“Yeni Klinika” publik hüquqi şəxsin keçmiş direktoru Pərviz Abbasov yeni vəzifəyə təyin olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, Binəqədi Tibb Mərkəzində işə başlayıb.

Tanınmış həkim hazırda tibb müəssisəsinin ümumi cərrahı kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşdu. O, bu ilin may ayında azadlığa buraxılıb.

Müəllif: Ucnoqta.az redaksiyası