Ucnoqta.az
www.ucnoqta.az

Tural Gəncəliyev bu vəzifəsini tərk etdi

23:58 - 5 Oktyabr 2023 tarixində dərc olunub.

Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsini tərk edib.

APA xəbər verir ki, o, bu qərarı Kanada tərəfinin addımına cavab olaraq atıb.

Qeyd edək ki, ötən gün deputat Filip Lourens Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri vəzifəsini tərk edib.

Müəllif: Ucnoqta.az redaksiyası