Ucnoqta.az
www.ucnoqta.az

Bağçalarda tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin SİYAHISI

12:56 - 5 Oktyabr 2023 tarixində dərc olunub.

Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı açıqlanıb.

Bu barədə Ucnoqta.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Qeyd edək ki, yerli təhsili idarəetmə orqanları tərəfindən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test və müsahibə mərhələsində uğur qazanan namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun vakansiyalara yerləşdirilməsi aparılacaq.

Müəllif: Ucnoqta.az redaksiyası