Ucnoqta.az
www.ucnoqta.az

Həmyerlisini güllələyib Rusiyaya qaçmışdı, 6 il sonra tutuldu

11:14 - 5 Oktyabr 2023 tarixində dərc olunub.

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi tərəfindən barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə iş açılmış 1986-cı il təvəllüdlü Vahid Fiolet oğlu Əsgərov Rusiya ərazisində saxlanılıb.

İnterpol xətti ilə axtarışa verilmiş şəxsin Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, V.Əsgərov 6 il əvvəl Şəmkir rayonu ərazində həmyerlisini güllələyib. O, avtomobilində Cavid Şirinov adlı şəxsə atəş açıb. Həmin vaxt güllələnən şəxsin həyatını xilas etmək mümkün olub.

Müəllif: Ucnoqta.az redaksiyası