Ucnoqta.az
www.ucnoqta.az

Emin Əmrullayev 150 minə yaxın müəllimə SMS göndərdi

10:09 - 5 Oktyabr 2023 tarixində dərc olunub.

Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. 

Ucnoqta.az xəbər verir ki, nazir 150 minə yaxın müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərib.

Təbrik mesajında müəllimlərə təşəkkür olunub: “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın uğurlarında, xalqımızın zəfərlərində sənin əməyin əvəzsizdir. Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, bu şərəfli işdə yeni nailiyyətlər arzulayıram.

Hörmətlə, Emin Əmrullayev”.

///qafqazinfo

Müəllif: Ucnoqta.az redaksiyası