Ucnoqta.az
www.ucnoqta.az

"Yaxın vaxtlarda “Akınçı" PUA-ları Azərbaycana təhvil veriləcək” - Selçuk Bayraktar

17:18 - 2 Oktyabr 2023 tarixində dərc olunub.

“Çox yaxın zamanda “Akınçı” pilotsuz uçuş aparatları (PUA) Azərbaycana təhvil veriləcək”.

“Report”un xəbərinə görə, bunu "Baykar" şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar oktyabrın 2-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, azərbaycanlı pilotlar təlimləri uğurla başa vurublar: “Odur ki, biz ən yaxın gələcəkdə “Akınçı” PUA-larını Azərbaycana təhvil verəcəyik”.

Müəllif: Ucnoqta.az redaksiyası