Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan nefti ucuzlaşdı

11:14 - 2 Oktyabr 2023 tarixində dərc olunub.

Ötən həftə ərzində (25-29 sentyabr) dünya bazarlarında “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 100,586 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,576 ABŞ dolları və ya 0,57% azdır.

Ucnoqta.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (III gün) - 102,7 ABŞ dolları təşkil edib, ən minimal göstərici (I gün) isə 99,06 ABŞ dolları səviyyəsində olub.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.

Müəllif: Ucnoqta.az redaksiyası