Ucnoqta.az
www.ucnoqta.az

Şəhid anası vəfat etdi

10:08 - 2 Oktyabr 2023 tarixində dərc olunub.

Vətən müharibəsi şəhidi Niftalı Mehdilinin anası vəfat edib.

Ucnoqta.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası Şirmayə Mehdiyeva yaşadığı Ucar rayonu Bərgüşad kəndində dünyasını dəyişib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Mehdili Niftalı Qnyaz oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılıb. Ona Suqovuşan qəsəbəsinin azad edilməsində göstərdiyi şücaətə görə gizir rütbəsi verilib. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Müəllif: Ucnoqta.az redaksiyası