Ucnoqta.az
www.ucnoqta.az

Orqan transplantasiyası ilə bağlı təlimatlar xəstəxanalara göndərilib

13:18 - 28 Sentyabr 2023 tarixində dərc olunub.

“Orqan və sümük iliyinin köçürülməsi ilə bağlı təlimatlar artıq yerlərə göndərilib”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.

O bildirib ki, vətəndaşlar Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə müraciət edir, növbəyə yazılır və onlardan artıq analizlərin götürülməsinə başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası