Ucnoqta.az
www.ucnoqta.az

"Dünən gecə birdən-birə halı pisləşib" - Qənirə Paşayevanın əmisindən AÇIQLAMA

12:27 - 24 Sentyabr 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva komaya düşüb. 

Deputatın əmisi, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Manset.az-a açıqlamasında qardaşı qızının səhhətində problem yarandığını təsdiqləyib: 
"Biz bilmirik Qənirənin səhhətində niyə problem yaranıb. Heç həkimlər də baş açmırlar. Dünən gecə birdən-birə halı pisləşib. Dünən gecədən Mərkəzi Klinikadadır. Xaricdən həkimlər də gəlib. Allaha dua edirik!"

Müəllif: Ucnoqta.az redaksiyası