Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan nefti ucuzlaşdı

09:19 - 22 Sentyabr 2023 tarixində dərc olunub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.42 dollar və ya 0.42% azalaraq 100.78 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.

Müəllif: Ucnoqta.az redaksiyası