Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kişi bibisi oğlunu kürəyindən bıçaqladı - TƏFƏRRÜAT

19:15 - 21 Sentyabr 2023 tarixində dərc olunub.

Bakının Suraxanı rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Yalçın Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Mahirə Kərimovanın icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Hacıyev Yalçın Yaşar oğlu Suraxanı rayonun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 65 ünvanında bibisi oğlu, 1966-cı il təvəllüdlü Yaqubov Elşən Kamil oğlu ilə aralarında yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü bıçaqla sonuncuya qarın və kürək nahiyyəsindən bıçaqlayıb.

Yalçın Həsənovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. 

Müəllif: Ucnoqta.az redaksiyası