Ucnoqta.az
www.ucnoqta.az

Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlax şəhərinə gəlib -  FOTO

09:50 - 21 Sentyabr 2023 tarixində dərc olunub.

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndə heyəti bu gün görüş üçün Yevlax rayonuna gəlir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndə heyəti Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.

Xankəndindən Qarabağdan gələn nümayəndə heyəti artıq Ağdam rayonun keçib Yevlax şəhər istiqamətinə doğru hərəkət edir.

Müəllif: Ucnoqta.az redaksiyası