Ucnoqta.az
www.ucnoqta.az

Alyaskada 5,4 bal gücündə zəlzələ baş verib

06:27 - 21 Sentyabr 2023 tarixində dərc olunub.

Amerikanın Alyaska ştatı sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Sand Point şəhərindən 41 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 51 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası