Ucnoqta.az
www.ucnoqta.az

Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub, ölənlər var

20:05 - 20 Sentyabr 2023 tarixində dərc olunub.

Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub, ölənlər var.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazidə - Canyataq kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, avtomobildə olan hərbçilər həlak olub.

Nazirliyin məlumatına görə, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.///report

Müəllif: Ucnoqta.az redaksiyası