Ucnoqta.az
www.ucnoqta.az

Prezidentin köməkçisi beynəlxalq medianı ehtiyatlı olmağa çağırıb

18:52 - 20 Sentyabr 2023 tarixində dərc olunub.

Beynəlxalq medianı müəyyən terminologiyalarda ehtiyatlı olmağa çağırıram.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, “Qarabağda etnik təmizlə” kimi ifadələr işlədilir ki, bunlar qətiyyən qəbuledilməzdir:

“Azərbaycanda bir sıra xalqların yaşamasından ölkə olaraq qürur duyuruq. Eynilə Qarabağ ərazisində Qarabağın erməni sakinlərinin yaşamasına şərait yaradılacaq. Təbii ki, potensial müəyyən narazılıqlar olacaq. Lakin bilinməlidir ki, Azərbaycanın niyyəti onların təhlükəsizliyini təmin etməkdir”.///APA

Müəllif: Ucnoqta.az redaksiyası