Ucnoqta.az
www.ucnoqta.az

Qarabağın erməni sakinlərinin reinteqrasiya planı hazırdır

17:45 - 20 Sentyabr 2023 tarixində dərc olunub.

Prezident Administrasiya tərəfindən göndərilən dəvətdən, əfsus ki, separatçı rejim tərəfindən imtina edilirdi.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, Qarabağın erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası Azərbaycanın daxili məsələsidir.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Qarabağın erməni sakinlərinin geniş formada sosial-iqtisadi inteqrasiyası üçün plan hazırdır və bu, müvafiq aidiyyət qurumlarla hazırlanıb.///APA

Müəllif: Ucnoqta.az redaksiyası