Ucnoqta.az
www.ucnoqta.az

Səudiyyə Ərəbistanı və Suriya tezliklə səfirliklərini yenidən aça bilər

16:58 - 20 Sentyabr 2023 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanı və Suriya Ər-Riyad və Dəməşqdəki səfirliklərdə çalışacaq diplomatların adları ilə bağlı razılığa gəliblər

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Əxbar” qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, tezliklə diplomatik missiyaların işini bərpa edə bilərlər.

“Diplomatik namizədlərin təsdiqi ilə bağlı bütün prosedurlar tamamlanıb”, - nəşrin adını açıqlamayan həmsöhbəti bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası