Rusiyanın Voronej vilayətində Su-34 qırıcı-bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin məlumatına görə, qırıcı yaşayış məntəqələrindən uzaqda qəzaya uğrayıb, yerdə heç bir dağıntı olmayıb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Departament qeyd edib ki, qəzaya səbəb texniki nasazlıq ola bilər.
Pilotlar katapult ediblər, sağlamlıqları üçün heç bir təhlükə yoxdur.