Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna ATACMS raketlərini almaq üçün finiş xəttinə yaxınlaşıb - Zelenski

11:54 - 20 Sentyabr 2023 tarixində dərc olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində Ukraynanın ABŞ-dan uzaqmənzilli raketlər almaq istəyini təsdiqləyib

Ucnoqta.az xəbər verir ki, Zelenski hazırda onların tədarükünün ABŞ lideri Bayden tərəfindən nəzərdən keçirildiyini bildirib.

 "Biz finiş xəttindəyik, əminəm. Əgər onları əldə etməsək, bu, Ukrayna üçün itki olacaq", - dövlət başçısı bildirib.

Prezident həmçinin Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə, xüsusən Patriota ehtiyacı olduğunu təkrar edərək, onların mülki əraziləri qorumaq üçün lazım olduğunu bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası