Sənayeləşmiş ölkələr ilk dəfə 2023-cü ildə iqlim böhranı ilə mübarizə üçün 100 milyard avro ayırmaq məqsədinə nail ola biləcəklər. .
Ucnoqta.az xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxış edən Almaniya kansleri Olaf Şolz bildirib.
"Mən bunu bu gün elan etməkdən məmnunam. Almaniya iqlim üzrə beynəlxalq maliyyə öhdəliklərini yerinə yetirir - 2014-cü ildəki 2 milyard avrodan 2020-ci ildə 4 milyard avrodan çox. Biz keçən il töhfəmizi üç dəfə artıraraq 6 milyard avroya çatdırdıq", - Şolz əlavə edib.
"İnkişaf etmiş ölkələr bütövlükdə eyni şeyi edirlər, yəqin ki, bu il ilk dəfə beynəlxalq iqlim maliyyəsi üçün 100 milyard avro ayıracaq", - Almaniya kansleri bildirib.