Ucnoqta.az
www.ucnoqta.az

Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir

10:44 - 18 Sentyabr 2023 tarixində dərc olunub.

Bakıda “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

“Report”un xəbərinə görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təmsilçiləri, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.

Müəllif: Ucnoqta.az redaksiyası