Ucnoqta.az
www.ucnoqta.az

Astarada çay daşıb, bir neçə körpünü sel aparıb - FOTO

10:05 - 18 Sentyabr 2023 tarixində dərc olunub.

Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

APA-nın məlumatına görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda bölgədə intensiv yağış davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası