Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada avtomobillərin qiyməti kəskin artıb

08:58 - 18 Sentyabr 2023 tarixində dərc olunub.

Rusiyada təkrar emal haqqının artması və rublun zəifləməsi səbəbindən avtomobillər kəskin şəkildə bahalaşıb.

Ucnoqta.az-ın məlumatına görə, “Kommersant” bu barədə Milli Sənaye İnformasiya Agentliyinin (NAPI) məlumatlarına istinadən xəbər verir.

Avqustun 1-dən etibarən tövsiyə olunan pərakəndə satış qiymətləri (RRP) 127 avtomobil konfiqurasiyası üçün dəyişib, iyulda isə yalnız 52 modifikasiyanın dəyərinə yenidən baxılıb. Belə ki, “Moskviç 3” və “Moskviç 3E” müvafiq olaraq 10,1-11 faiz, UAZ “Patriot” isə 8,3 faiz bahalaşıb.

Avtodomun baş direktoru Andrey Olxovskinin sözlərinə görə, qiymətlər sentyabr və oktyabr aylarında artmağa davam edəcək, çünki bütün idxalçılar artan təkrar emal haqqını avtomobillərin maya dəyərinə daxil etməyiblər. 

Müəllif: Ucnoqta.az redaksiyası