Ucnoqta.az
www.ucnoqta.az

“Cinemazadeh” bu şirkəti məhkəməyə verdi

11:10 - 16 Sentyabr 2023 tarixində dərc olunub.

Tanınmış film istehsalçısı “Cinemazadeh” “ABC Telekom” MMC-ni məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb.

“Cinemazadeh” MMC-nin qaldırdığı iddiaya görə, elektronika satışı ilə məşğul olan şirkət bağlanmış müqavilənin öhdəliklərini yerinə yetirməyib.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılır.

Müəllif: Ucnoqta.az redaksiyası