Ucnoqta.az
www.ucnoqta.az

Litva prezidenti tanınmış idmançını vətəndaşlıqdan məhrum edəcək

13:47 - 15 Sentyabr 2023 tarixində dərc olunub.

Litva prezidenti fiqurlu konkisürən Drobyazkonu Rusiyada şouda iştirak etdiyinə görə vətəndaşlıqdan məhrum edəcək.

Litva prezidenti Gitanas Nauseda fiqurlu konkisürən Marqarita Drobyazkonu tezliklə Litva vətəndaşlığından məhrum etməyə hazırlaşır. Ucnoqta.az xəbər verir ki, bu barədə o, BNS-ə məlumat verib. 

Qeyd edək ki, Rusiya əsilli Marqarita Drobyazko Litva tarixində ən uğurlu fiqurlu konkisürəndir.

“Bu sual mənə tamamilə aydındır. Mən bunu tezliklə edəcəm. Düşünürəm ki, mədəniyyət və xeyirxahlıq işığını təcavüzkar dərisinə yaymaq istəyən insanlar Litva vətəndaşlığı olmadan da bunu davam etdirə bilərlər”, - Nauseda bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası