Ucnoqta.az
www.ucnoqta.az

Qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək

11:37 - 15 Sentyabr 2023 tarixində dərc olunub.

Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək.

Bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə 30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli qanun ilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilərək qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsi təsbit edilib.///report

Müəllif: Ucnoqta.az redaksiyası