Ucnoqta.az
www.ucnoqta.az

Ermənilər Xocalıda təxribata cəhd etdi

11:15 - 15 Sentyabr 2023 tarixində dərc olunub.

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası