Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə 30 il sonra ilk Bilik Günü - FOTO

11:06 - 15 Sentyabr 2023 tarixində dərc olunub.

Füzuli rayonunda tam orta məktəbdə 30 ildən sonra ilk dəfə zəng çalınıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Paylaşımda bildirilib:

“Xalqımızın birlik və bərabərliyinin əbədiləşdiyi bu torpaqlarda xidmətimizlə fəxr edirik. Bu torpaqlar təkcə bizim keçmişimiz deyil, bu günümüz həm də gələcəyimizdir. 

Həyatın və təhsilin bərpa olunduğu Vətən torpaqlarında - Füzuli rayonunda 30 il sonra ilk Bilik Günü”.

Müəllif: Ucnoqta.az redaksiyası