Ucnoqta.az
www.ucnoqta.az

Neftin qiyməti 100 dolları ötdü

09:46 - 15 Sentyabr 2023 tarixində dərc olunub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 100 dolları ötüb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,8 dollar və ya 1,8% artaraq 100,53 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün Azərbaycan nefti dünya bazarında 98,73 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası