Ucnoqta.az
www.ucnoqta.az

Sədərək İcra Hakimiyyəti başçısına müavin təyin edildi

13:50 - 14 Sentyabr 2023 tarixində dərc olunub.

Naim Cahidzadə Sədərək rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

APA xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Naim Cahidzadə, həmçinin Sədərək Rayon İcra Hakimiyyəti başçısının vəzifələrini icra edəcək.

Qeyd edək ki, Naim Cahidzadə bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sədərək rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib.

Müəllif: Ucnoqta.az redaksiyası