Ucnoqta.az
www.ucnoqta.az

Ətin qiyməti yenə bahalaşacaq?

13:43 - 14 Sentyabr 2023 tarixində dərc olunub.

"Dünya bazarında donuz, mal, qoyun ətinin qiymətində azalma var".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. Onun sözlərinə görə, bu azalma 3%-dən çoxdur:

"Azərbaycanda avqust ayından ətin qiymətində nisbətən bahalaşma qeydə alınıb. Amma gələcəkdə inanmıram ki, ətin qiymətində ciddi bahalaşma baş versin”.

Ekspert bildirib ki, bu gün Azərbaycanda alıcılıq qabiliyyəti aşağıdır.

 

Müəllif: Ucnoqta.az redaksiyası