Bakı Slavyan Universiteti fəlsəfə üzrə fəlsəfə doktoru, Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov vəfat edib.
Ucnoqta.az xəbər verir ki, mərhum Saatlıda dəfn ediləcək.
Onun infarktdan vəfat etdiyi deyilir.
Qeyd edək ki, Mübariz Əhmədov 1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan "Azərbaycan" qəzetinin təsisçisi və ilk baş redaktoru olub.
Mübariz Əhmədov 12 iyun 1969-cu ildə Saatlı rayonunun Musalı kəndində dünyaya gəlib.