Ucnoqta.az
www.ucnoqta.az

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Rüfət Əzizov kimdir? - DOSYE

16:16 - 13 Sentyabr 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Ucnoqta.az Rüfət Əzizovun dosyesini təqdim edir:

Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız olaraq qəbul olub və 2003-cü ildə bitirib.

Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini alıb.

2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olub (Chartered Scientist).

2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib.

2 il (2003-2005) Lomonosov adına MDU-da elmi-işçı vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak edib.

8 il (2005 – 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışıb.

2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə “BP-də İlin Mühəndisi” Mükafatına layiq görülüb.

2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal – Prometal şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə etmişdir.

2019-cu ildə Earnst Young “İlin İş Adamı” müsabiqəsində Sosial Təsir nominasiyası üzrə qalib olub.

“Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir.

Rüfət Əzizov 2021-ci ildə Prezidentin sərəncamı ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdu.

Müəllif: Ucnoqta.az redaksiyası