Ucnoqta.az
www.ucnoqta.az

AZAL oktyabr ayından Bakıdan Minskə reyslər açır

18:38 - 12 Sentyabr 2023 tarixində dərc olunub.

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.

AZAL-dan verilən məlumata görə, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin 2023-cü il oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.

Minskə uçuşlar üçün aviabiletləri “Azərbaycan Hava Yolları”nın internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

“Minsk unikal görməli yerlərlə və rahat parklarla dolu gözəl və tarixi bir şəhərdir”, - deyə məlumatda qeyd edilib.

Müəllif: Ucnoqta.az redaksiyası