Ucnoqta.az
www.ucnoqta.az

Çində 69 timsah heyvanxanadan qaçıb

15:53 - 12 Sentyabr 2023 tarixində dərc olunub.

Çində 70-ə yaxın timsah leysan yağışlar səbəbindən Quanqdonq əyalətindəki heyvanxanadan qaçıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Global Times xəbər verir.

Hadisə bazar ertəsi, sentyabrın 11-də Maonan şəhərinin Pen kəndində baş verib. Yerli KİV-in məlumatına görə, bölgədə tüğyan edən “Hai Kui” tayfunu timsah fermasını məhv edərək, 69 yetkin sürünən və altı balasını təbiətdə qoyub. Onları kənd küçələrində axan sularda görüblər. 

Bir neçə mütəxəssis qrupu sonar avadanlığından istifadə edərək qaçan sürünənləri izləməyə çalışır, onların çoxu böyük dərinliklərdə yerləşir. Əyalət səlahiyyətliləri yerli sakinlərə evlərini tərk etməməyi və su hövzələrinə yaxınlaşmamağı xəbərdarlığını göndərib.

Müəllif: Ucnoqta.az redaksiyası