Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda zavodda radioaktiv maddə aşkarlanıb (YENİLƏNİB)

22:00 - 9 Sentyabr 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək.

20:34

Sumqayıt şəhərinin Metallurq küçəsindəki zavodların birinin ərazisində radioaktiv maddə aşkarlanıb.

"Report"un məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Ərazi mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası