Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə - Ermənistan matçında Azərbaycan bayraqları - FOTO

23:14 - 8 Sentyabr 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində Türkiyə millisi doğma azarkeşləri önündə Ermənistan yığmasını qəbul edir.

“Qafqazinfo”nun məlumatına görə, “Yeni Eskişehir” stadionun tribuanalarında Azərbaycan bayraqlarına da rast gəlmək mümkündür.

Belə ki, matçı izləyən azərbaycanlı futbol həvəskarları da stadionda dövlət bayrağımızı açıb.

Qeyd edək ki, matçdan öncə UEFA-nın tələbi ilə oyunda Azərbaycan bayraqlarının açılmayacağına dair xəbərlər yayılmışdı.


 

Müəllif: Ucnoqta.az redaksiyası