Ucnoqta.az
www.ucnoqta.az

Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlandı

15:42 - 8 Sentyabr 2023 tarixində dərc olunub.

Yeni tədris ilində Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Ucnoqta.az-a bildirilib ki, BŞTİ tabeliyində 318 ümumi təhsil müəssisəsi, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 481 131 şagirdin təlim-tərbiyəsi ilə 28 498 müəllim məşğul olacaq.

Məktəbəqədər təhsil müəssisələrində 34 995 uşağın təlim-tərbiyəsi ilə 4 375 tərbiyəçi-müəllimin məşğul olması gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası