Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvan DSMF-yə sədr müavini təyin olunub

15:09 - 8 Sentyabr 2023 tarixində dərc olunub.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinə yeni müavin təyin olunub.

"Report" xəbər verir ki, bunun bağlı muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, Nuhi Abdinov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb.

Müəllif: Ucnoqta.az redaksiyası